21 may 2026. Cümə axşamı

“İnsanların nə düşündüyü məni maraqlandırmır”


“İnsanların nə düşündüyü məni maraqlandırmır”

“Barselona”nın yarımmüdafiəçisi Qavi onun futbolçu kimi səviyyəsini yüksək qiymətləndirməyən insanlara münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "Barca Univercal" futbolçunun dediklərini belə çatdırıb.

“Daim deyirəm ki, məşqçilər futbolu ən yaxşı bilənlərdir və mən bütün karyeram ərzində onların rəhbərliyi altında oynamışam. Buna görə insanların nə düşündüyü məni maraqlandırmır. Futboldan heç anlayışı olmayan çox sayda insan var və bu normaldır. Klubum və məşqçilərim məndən razıdırsa, qalanı mənim üçün əhəmiyyət daşımır”

Qeyd edək ki, Qavi “Barselona”nın yetirməsidir. Onun Kataloniya klubu ilə müqaviləsi 2030-cu il iyunun 30-dək nəzərdə tutulub.

Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 12 oyuna çıxaraq 1 məhsuldar ötürmə verib.







İspaniya L.L.