7 iyul 2026. Çərşənbə axşamı

Alaba mövsümün sonunda “Real Madrid”dən ayrılır


Alaba mövsümün sonunda “Real Madrid”dən ayrılır

Avstriyalı mərkəz müdafiəçisi David Alaba mövsümün sonunda Madrid “Real”ından ayrılacaq.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “kral klubu”nun mətbuat xidməti rəsmi saytında məlumat yayıb.

Alaba 2021-ci ildə Münhen “Bavariya” ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi İspaniya klubuna transfer olunmuşdu. 33 yaşlı futbolçu “Real”ın heyətində 131 oyuna çıxaraq 5 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Madrid təmsilçisinin formasında Alaba iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin iki dəfə La Liqanın çempionluğunu qazanıb.

İspaniya çempionatında mövsümün son turuna bir oyun qalmış “Real” 83 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.







İspaniya L.L.

Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir
"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"