22 may 2026. Cümə

Alvaro Arbeloa “Real Madrid”dən ayrılır


Alvaro Arbeloa “Real Madrid”dən ayrılır

Alvaro Arbeloa Madrid “Real”ının baş məşqçi postunu tərk edir.

 90deqiqe.Az xəbər verir ki, bu barədə mütəxəssis mətbuat konfransında açıqlama verib.

“Ondan sonra gələn mövsümdə ‘Real’da çalışmayacağam. Klubdan böyük minnətdarlıq hissi ilə ayrılıram, çünki futbolçular məni daha yaxşı məşqçi etdilər və hər günü zövqlü yaşamağa imkan verdilər. Klubuma bu fürsət üçün çox təşəkkür edirəm. Ümid edirəm ki, bir gün geri qayıda biləcəyəm”, – deyə Arbeloa bildirib.

Arbeloa 2026-cı ilin əvvəlində Xabi Alonsonu əvəz edərək “Real”ın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında Madrid klubu heç bir titul qazana bilməyib və mövsümü İspaniya çempionatında ikinci pillədə başa vurur.

“Real” mövsümün son oyununu 23 mayda “Atletik”ə qarşı keçirəcək. Bu qarşılaşma mövcud məşqçilər heyəti üçün son matç olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







İspaniya L.L.

Arbeloa Mourinyo barədə danışdı
  • İspaniya L.L.
  • 22:56 22.05.2026
Arbeloa Mourinyo barədə danışdı