22 may 2026. Cümə

Arbeloa Mourinyo barədə danışdı


Arbeloa Mourinyo barədə danışdı

“Real” klubunun baş məşqçisi Alvaro Arbeloa portuqaliyalı mütəxəssis Joze Mourinyo barədə fikirlərini bölüşüb.

 90deqiqe.Az xəbər verir ki, bu barədə mütəxəssis mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.

“Onun ətrafında mükəmməl bir məşqçi heyəti var. Əgər gələcəksə, öz komandası ilə işləyəcək — bu, normaldır. Mənim onunla işləmək imkanım yoxdur”

Mütəxəssis əlavə edib ki, son dörd ayda tamamilə “Real”a fokuslanıb, lakin artıq yeni çağırışlara hazırdır.

Qeyd edək ki, Mourinyo yaxın zamanda “kral klubu”na baş məşqçi təyin oluna bilər.

Xatırladaq ki, Arbeloa mövsümün sonunda “Real”dan ayrılacağını əvvəlcədən açıqlamışdı.

“Real” mövsümün son oyununu 23 mayda “Atletik”ə qarşı keçirəcək. Görüş La Liqanın 38-ci turu çərçivəsində baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.







İspaniya L.L.

Arbeloa Mourinyo barədə danışdı
  • İspaniya L.L.
  • 22:56 22.05.2026
Arbeloa Mourinyo barədə danışdı