8 iyul 2026. Çərşənbə

Kamavinqa “Real Madrid”də qalır


Kamavinqa “Real Madrid”də qalır

“Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqanın bu yay klubdan ayrılması ehtimalı aşağı qiymətləndirilir.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, fransalı futbolçu Madrid klubundan ayrılmaqla bağlı heç bir təklifi qəbul etməyi planlaşdırmır və növbəti mövsümdə daha yaxşı performans göstərmək niyyətindədir.

Eyni zamanda qeyd olunur ki, Kamavinqa klub prezidenti Florentino Peresin də etimadını qoruyur və tərəflər arasında münasibətlər yüksək səviyyədədir. “Real Madrid” də futbolçunun satışını nəzərdən keçirmir.

Eduardo Kamavinqa 2021-ci ildə “Renn”dən “Real Madrid”ə 31 milyon avro qarşılığında transfer olunub. Onun müqaviləsi 2029-cu ilin 30 iyununa qədər qüvvədədir.

Cari mövsümdə fransalı yarımmüdafiəçi Madrid klubunun heyətində 43 oyuna çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







İspaniya L.L.

Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir
"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"