10 iyun 2026. Çərşənbə

Dieqo Simeone dünyanın ən yaxşı məşqçilərini açıqladı


Dieqo Simeone dünyanın ən yaxşı məşqçilərini açıqladı

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone hazırda dünyanın ən yaxşı üç məşqçisinin kim olduğunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "Atletico Universal" çalışdırıcının dediklərini belə çatdırıb.

“Hazırda ən yaxşı üç məşqçi? Seçim etmək çətindir: Ançelotti, Qvardiola, Emeri, İraola, Flik… heç kimi unutmaq istəmirəm. Pep, yəqin ki, özünü daim yeniləmək və qələbə qazanmaq bacarığına görə dünyanın ən yaxşısıdır, çünki qələbə ən vacib amildir. Ona ən yaxşısını arzulayıram. Düşünmürəm ki, o futboldan uzun müddət uzaqlaşacaq, çünki o, futboldur”, – deyə Simeone bildirib.

Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir və bu müddətdə komanda 20 titul qazanıb.







İspaniya L.L.

Peres yenidən "Real"a prezident seçildi
  • İspaniya L.L.
  • 00:28 08.06.2026
Peres yenidən "Real"a prezident seçildi