16 iyun 2026. Çərşənbə axşamı

Flik Rafinyanın “Valensiya” ilə oyunu buraxma səbəbini açıqlayıb


Flik Rafinyanın “Valensiya” ilə oyunu buraxma səbəbini açıqlayıb

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik mövsümün son oyununda Rafinya Diasın “Valensiya”ya qarşı matçın heyətinə daxil edilməməsinin səbəbini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, alman mütəxəssisin sözlərinə görə, braziliyalı vinger zədədən yeni sağalsa da, özünü tam hazır hiss etməyib və buna görə məşqçilər korpusu onun sağlamlığını riskə atmamağa qərar verib.

“Dünən Rafinya özünü yaxşı hiss etmirdi, buna görə onu evdə saxlamağa qərar verdik. Risk etmək istəmirik”, – deyə Flik oyundan əvvəl bildirib.

Artıq çempionluğu rəsmiləşdirən “Barselona”da motivasiyanın yüksək qaldığını vurğulayan baş məşqçi mövsümü qələbə ilə başa vurmağın vacibliyini qeyd edib.

“Mənim üçün həmişə vacibdir ki, necə məşq edirik və necə oynayırıq. Ona görə də diqqətli qalmalıyıq. 31 qələbəmiz var, 32 isə daha yaxşıdır”, – deyə Flik əlavə edib.







İspaniya L.L.

Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi
Xedira "Real Madrid"ə qayıdır
  • İspaniya L.L.
  • 12:22 15.06.2026
Xedira "Real Madrid"ə qayıdır
Salqado Yamalı Messi ilə müqayisə etdi
  • İspaniya L.L.
  • 22:27 13.06.2026
Salqado Yamalı Messi ilə müqayisə etdi