8 iyul 2026. Çərşənbə

“Real Madrid” mövsümü qələbə ilə başa vurdu


“Real Madrid” mövsümü qələbə ilə başa vurdu

İspaniya La Liqasının 2025/2026 mövsümünün son — 38-ci turunda “Real” ilə Bilbao “Atletik”i üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki,qarşılaşma Madrid şəhərindəki “Santyaqo Bernabeu” stadionunda baş tutub. Matçın baş hakimi Alikante şəhərindən Xuan Martines Munuera olub. Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesab 12-ci dəqiqədə “Real”ın hücumçusu Qonsalo Qarsia tərəfindən açılıb. 41-ci dəqiqədə Cud Bellingem fərqi artırıb. 45+1-ci dəqiqədə qonaqlardan Qorka Quruqeta fərqi azaldıb.

51-ci dəqiqədə Kilian Mbappe “Real”ın üçüncü qolunu vurub, 89-cu dəqiqədə isə Brahim Dias hesabı 4:1 edib. 90+1-ci dəqiqədə Urko İseta “Atletik” üçün son nöqtəni qoyaraq yekun nəticəni müəyyənləşdirib — 4:2.

“Real” mövsümü 86 xalla ikinci pillədə tamamlayıb. Bilbao təmsilçisi isə 45 xalla 12-ci yerdə qərarlaşıb.







İspaniya L.L.

Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir
"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"