8 iyul 2026. Çərşənbə

“Valensiya” “Barselona”nı məğlub etdi


“Valensiya” “Barselona”nı məğlub etdi

İspaniya La Liqasının 38-ci turunda “Valensiya” ilə “Barselona” arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Valensiyada yerləşən “Mestalya” stadionunda baş tutub. Matçın baş hakimi Adrian Kordero Veqa olub. Görüş ev sahibinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesab 61-ci dəqiqədə “Barselona”nın hücumçusu Robert Levandovski tərəfindən açılıb. 66-cı dəqiqədə Xavi Qerra tarazlığı bərpa edib, 71-ci dəqiqədə Luis Rioxa “Valensiya”nı önə çıxarıb. 90+8-ci dəqiqədə Qvido Rodriges yekun nəticəni müəyyənləşdirib — 3:1.

Qeyd edək ki, “Barselona” mövsümün gedişində, 35-ci turda Madrid “Real”ını məğlub edərək çempionluğunu rəsmiləşdirmişdi. Kataloniya klubu 38 oyunda 94 xal toplayıb. “Valensiya” isə 49 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.







İspaniya L.L.

Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir
"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"