25 may 2026. Bazar ertəsi

Jordi Alba sahibi olduğu klubun məğlubiyyətindən sonra hakimlərlə insident yaşanıb


Jordi Alba sahibi olduğu klubun məğlubiyyətindən sonra hakimlərlə insident yaşanıb

“Barselona”nın sabiq müdafiəçisi Jordi Alba son vaxtlar Kataloniyanın digər klublarından biri olan “Ospitalet”in ortaq sahibi olub.

90deqiqe.Az xəbər verir ki, o, dünən öz klubunun oyununu izləmək üçün stadionda olub.

Görüş “Segunda”ya yüksəlmək uğrunda “Badalona”ya qarşı keçirilən keçid xarakterli qarşılaşma idi. Lakin Alba sahib olduğu komandanın 0:2 hesabı ilə məğlub olması vəziyyəti gərginləşdirib.

Oyunun başa çatmasına 5 dəqiqə qalmış matçda insident yaşanıb — tribunadan köməkçi hakimə şüşə atılıb və referi oyunu müvəqqəti dayandırmağa məcbur olub.

Məhz bu anlarda Xordi Albanın da əsəbləri tarıma çəkilib. O, hakimlər briqadasına qarşı sərt etirazla çıxış edib. Hadisədən sonra ona cərimə və ya daha ciddi intizam sanksiyaları tətbiq oluna biləcəyi bildirilir.







İspaniya L.L.

Kamavinqa “Real Madrid”də qalır
  • İspaniya L.L.
  • 22:23 23.05.2026
Kamavinqa “Real Madrid”də qalır