12 iyun 2026. Cümə

Xulian Alvaresin gələcəyi ilə bağlı qərarı bəlli olub


Xulian Alvaresin gələcəyi ilə bağlı qərarı bəlli olub

Argentinalı hücumçu Xulian Alvares Madrid “Atletiko”su ilə yeni müqavilə imzalamaq niyyətində deyil.

90deqiqe.Az “Marca”ya istinadən xəbər verir ki, yeni anlaşma onun komandanın ən yüksək maaş alan futbolçusu olmasını nəzərdə tutsa da, forvard başqa qərar verib.

Futbolçunun əsas məqsədinin “Barselona”ya transfer olduğu bildirilir. Alvares “Atletiko”da əsas ulduz statusuna malik olmasına baxmayaraq, “blauqrana”da Lamin Yamal, Rafinya və digər futbolçularla birlikdə oynamağa hazırdır.

Mənbənin yazdığına görə, hücumçu daha iddialı layihənin bir hissəsi olmaq istəyir və “Barselona”nın ona daha çox titul qazanmaq imkanı verəcəyinə inanır.

Lakin transferin asan olmayacağı vurğulanır. Madrid klubu futbolçu üçün ən azı 150 milyon avro tələb edir. “Atletiko”nun bu məbləğin “Barselona” tərəfindən ödənilə biləcəyinə şübhə etdiyi bildirilir. Bu isə 26 yaşlı hücumçunun klubda qalma ehtimalını da gündəmdə saxlayır.







İspaniya L.L.

Peres yenidən "Real"a prezident seçildi
  • İspaniya L.L.
  • 00:28 08.06.2026
Peres yenidən "Real"a prezident seçildi