26 may 2026. Çərşənbə axşamı

“Atletiko” Alvareslə bağlı ultimatum verdi


“Atletiko” Alvareslə bağlı ultimatum verdi

“Atletiko”nun hücumçusu Xulian Alvares top-klubların diqqət mərkəzində qalmaqda davam edir.

90deqiqe.Az “Radio Marca”ya istinadən xəbər verir ki, Madrid klubu futbolçu ilə bağlı sərt mövqe sərgiləyərək onun ətrafına ultimatum göndərib:

“Əgər təklifləriniz varsa, onları indi təqdim edin. Avqustun 14–15-nə qədər gözləmək lazım deyil. Gəlirsən və hansı kluba keçəcəyini bildirirsən”.

“Matrasniklər” transfer davasının son günlərə qədər uzanmasını istəmir və prosesin erkən həllini tələb edir.

Xulian Alvares 2024-cü ildə 75 milyon avro qarşılığında “Mançester Siti”dən “Atletiko”ya transfer olunub. Onun klubla müqaviləsi 2030-cu il iyunun 30-na qədər nəzərdə tutulub.

Cari mövsümdə hücumçu Madrid klubunun heyətində 49 oyunda 20 qol vurub və 9 məhsuldar ötürmə verib.







İspaniya L.L.