11 iyul 2026. Şənbə

“Real” Rüdigerlə müqaviləni uzatmaqda razılığa gəldi


“Real” Rüdigerlə müqaviləni uzatmaqda razılığa gəldi

“Real” klubu müdafiəçi Antonio Rüdigerlə müqavilənin uzadılması ilə bağlı razılığa gəlib.

90deqiqe.Az xəbər verir ki, tərəflər sözlü şəkildə əməkdaşlığın daha bir mövsüm – 2027-ci ilin ortalarınadək davam etdirilməsi barədə razılaşıblar. 

Planlaşdırılır ki, Rüdiger yaxın vaxtlarda Madrid klubu ilə yeni müqavilə imzalayacaq. Lakin rəsmi açıqlama klubun yeni prezident seçkilərinin gedişindən asılı olaraq gecikə bilər.

Antonio Rüdiger “Real”da 4 mövsüm keçirib. Alman müdafiəçi bu müddətdə 182 rəsmi oyunda iştirak edib, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.







İspaniya L.L.

Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı
Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir
"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"