26 may 2026. Çərşənbə axşamı

“Qızıl top” sahibi Aleksiya Putelyas “Barselona”dan ayrılır


“Qızıl top” sahibi Aleksiya Putelyas “Barselona”dan ayrılır

“Barselona” qadın komandasının futbolçusu və kapitanı Aleksiya Putelyas yay transfer pəncərəsində klubu tərk edəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Putelyas 2012-ci ildən “Barselona”da çıxış edir. Bu müddətdə o, komanda ilə 10 dəfə İspaniya çempionu olub, 4 dəfə UEFA Çempionlar Liqasını qazanıb, 10 dəfə Kral Kubokunun, 4 dəfə İspaniya Superkubokunun qalibi olub, həmçinin 2 dəfə “Qızıl top” mükafatına layiq görülüb.

Bundan əlavə, futbolçu 2013-cü ildən İspaniya milli komandasının heyətində çıxış edir. O, milli komanda ilə 2023-cü ildə dünya çempionu olub, iki dəfə UEFA Millətlər Liqasını qazanıb və 2025-ci il Avropa çempionatında gümüş medal əldə edib.







İspaniya L.L.