26 may 2026. Çərşənbə axşamı

“Real” Mourinyo üçün 7 milyon əvəzinə “Benfika”ya 15 milyon avro ödəməyə məcbur qalacaq


“Real” Mourinyo üçün 7 milyon əvəzinə “Benfika”ya 15 milyon avro ödəməyə məcbur qalacaq

Madrid “Real”ı prezident seçkilərinin keçirilməsi səbəbindən “Benfika”nın baş məşqçisi Joze Mourinyonun 7 milyon avroluq satınalma opsiyasını vaxtında aktivləşdirə bilməyəcək.

90deqiqe.Az xəbər verir ki, “kral klubu” bu addımı çərşənbə axşamı, 26 may tarixinədək atmalı idi. Bu barədə "RTP" məlumat yayıb.

Mənbənin məlumatına görə, mövcud vəziyyətdə “Real” artıq 15 milyon avro ödəməli olacaq. Buna baxmayaraq, portuqaliyalı mütəxəssisin “Kral klubu”na qayıdışı “həll olunmuş məsələ” hesab edilir.

“Benfika” isə Mourinyo sonrası komandanı “Fulhem”i çalışdıran Marku Silvanın rəhbərliyə gətirilməsini istəyir. Lissabon klubunun prezidenti Ruy Koşta Silvanı İngiltərədən ayrılmağa razı salmağa çalışır.







İspaniya L.L.