- İspaniya L.L.
- 23:54 26.05.2026
“Atletiko Madrid” klubu müdafiəçi Mark Pubill ilə müqavilənin uzadılmasını planlaşdırır.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, yeni müqavilə üzrə danışıqlara artıq start verilib. 2031-ci ilə qədər nəzərdə tutulan anlaşmada maaş artımı və 500 milyon avro məbləğində sərbəstqalma bəndi yer alacaq.
“Atletiko” bu addımla komandanın əsas gənc futbolçularından birini Avropanın digər klublarının marağından qorumağı hədəfləyir.
Pubill “Atletiko”ya bir ildən az müddət əvvəl “Almeriya”dan bonuslarla birlikdə təxminən 16 milyon avro qarşılığında transfer olunmuşdu.
İlk mərhələdə o, perspektivli sağ cinah müdafiəçisi kimi dəyərləndirilirdi, lakin Dieqo Simeone onu tədricən mərkəz müdafiəsinə keçirib və 22 yaşlı futbolçu burada əsas heyətdə möhkəmlənə bilib.
Cari mövsümdə Pubill Madrid klubunun heyətində 36 oyuna çıxıb və Xose Ximenes, Robin Le Normand kimi təcrübəli futbolçuları geridə qoyaraq rəqabətdə üstünlük qazanıb.
Uğurlu mövsümün sonunda futbolçu İspaniya milli komandasına dünya çempionatı üçün dəvət alıb.