- İspaniya L.L.
- 12:42 28.05.2026
“Barselona” rəhbərliyi yarımmüdafiəçi Mark Kasadonun komandada qalmasını planlaşdırır.
90deqiqe.Az-ın məlumatına görə, futbolçunu Madrid “Atletiko”su transfer etmək istəyir. Bu barədə “Diario SPORT” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “matrasniklər”in baş məşqçisi Dieqo Simeone Kasadonun böyük pərəstişkarıdır. “Atletiko” artıq bir neçə aydır futbolçu ilə bağlı məlumat toplayır və onu gələn yay heyətinə qatmağa ümid edir.
Klubda hesab edirlər ki, Kasado Simeonenin layihəsində əsas fiqurlardan birinə çevrilə bilər. Lakin “Barselona” öz yetirməsini satmaqda maraqlı deyil.
Cari mövsümdə 22 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 34 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.