- İspaniya L.L.
- 15:17 28.05.2026
Madrid “Real”ının braziliyalı ulduz hücumçusu Vinisius Junior ünvanına yönələn tənqidlərə necə qalib gəldiyini açıqlayıb.
90deqiqe.Az-ın “Marca"ya istinadən məlumatına görə, Vinisius bildirib ki, “kral klubu”na yeni qoşulduğu vaxt hamının onun qol vurmayacağı və heç bir uğur qazanmayacağı barədə danışdığını xatırlayıb.Braziliyalı futbolçu bütün bu tənqidləri geridə qoyduğunu qeyd edib.
“O vaxt mənə deyirdilər ki, mənim üçün çox böyük məbləğ ödənilib, amma əldə etdiklərimə baxsaq, klub üçün ucuz başa gəlmişəm. Klub prezidenti və azarkeşlər məni çox sevirlər”, – deyə Vinisius əlavə edib.
Xatırladaq ki, Vinisius bu mövsüm İspaniya çempionatında “Real”ın heyətində 36 oyuna çıxıb, 16 qol vurub və 5 məhsuldar ötürmə edib.