- İspaniya L.L.
- 22:34 29.05.2026
Madrid “Atletiko”su “Barselona”ya qarşı sərt açıqlama yayıb.
90deqiqe.Az-ın məlumatına görə, paytaxt təmsilçisi sosial şəbəkə hesabında son vaxtlar klubun futbolçularından birinə qarşı məqsədli şəkildə yalan məlumatların yayıldığını bildirib.
Bundan əvvəl “Atletiko” “Barselona”nın futbolçuları Lamin Yamal, Pedri və Rafinyanın transferi ilə bağlı istehzalı paylaşımlar etmişdi. Madrid klubu həmin oyunçular üçün reper Bad Bunnynin konsert biletləri, bir bağlama tum və digər simvolik “təkliflər” irəli sürmüşdü.
“Son aylarda futbolçularımızdan birinə qarşı aparılan böhtan kampaniyasından əziyyət çəkirik. Maraqlı tərəflərin məqsədli məlumat sızdırmaları, saxta xəbərlər, davamlı hörmətsizlik və birbaşa oyunlardan əvvəl hakim qərarları ilə üzləşirik.
Amma bizim heç vaxt hakimlər korpusunun vitse-prezidentini maaşa bağlamaq və ya futbolçuların qeydiyyatı üçün siyasi əlaqələrdən istifadə etmək kimi niyyətimiz olmayıb. Hörmət və dəyərlər”, – deyə açıqlamada qeyd olunub.
İspaniya mətbuatında yayılan xəbərlərə görə, “Atletiko” “Barselona”nın hücumçu Xulian Alvaresi transfer etmək cəhdlərindən narazıdır. Bildirilir ki, Kataloniya təmsilçisinin 100 milyon avroluq təklifi Madrid klubunu qane etməyib.