30 may 2026. Şənbə

“Barselona" uşaqlıq arzum idi”


“Barselona" uşaqlıq arzum idi”

“Barselona”nın yeni transferi Antoni Qordon Kataloniya klubuna keçidi ilə bağlı təəssüratlarını bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 25 yaşlı futbolçu mətbuat konfransında bildirib ki, “Barselona”dan gələn təklif onun üçün gözlənilməz olsa da, qərar verməkdə çətinlik çəkməyib:

“Barselona"nın maraq göstərdiyini gec öyrəndim, amma bunun ciddi olduğunu anlayan kimi heç bir şübhəm qalmadı. Mən həmişə burada oynamaq istəmişəm. Bu, planetin ən böyük klubudur. Uşaqlıqdan bu anı xəyal etmişəm.”

Qeyd edək ki, ingiltərəli vinger “Nyukasl”dan ayrılaraq “Barselona” ilə 5 illik müqavilə imzalayıb.daha əvvəl “Nyukasl” rəhbərliyi və Səudiyyə investorları 70 milyon avro sabit ödəniş və bonuslardan ibarət təklifi qəbul ediblər. Transferin ümumi dəyəri 80 milyon avronu ötəcək.







İspaniya L.L.

“Barselona" uşaqlıq arzum idi”
  • İspaniya L.L.
  • 23:57 29.05.2026
“Barselona" uşaqlıq arzum idi”
“Barselona” Kasadonu saxlamaq istəyir
  • İspaniya L.L.
  • 12:42 28.05.2026
“Barselona” Kasadonu saxlamaq istəyir