- İspaniya L.L.
- 18:11 30.05.2026
“Betis”in yarımmüdafiəçisi İsko kiçik oğlu ilə bağlı maraqlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, futbolçu bildirib ki, oğlu onun karyerasındakı çətin anları gördüyü üçün futbolçu olmaq istəmir:
“Kiçik oğlum mənə dedi ki, futbol oynamaq istəmir. O görüb ki, mən qoltuq ağacları ilə gəzdiyim vaxtlar çox əziyyət çəkmişəm… Ona görə də atasını belə görmək istəmir”.
İsko həmçinin “Betis” klubu barədə də fikirlərini bölüşüb:
“Betis” çox böyük klubdur. Bunu mən deyirəm – karyeramda dünyanın ən uğurlu klubu olan “Real Madrid”də də oynamışam. Amma bu klub sənə özünü dəyərli hiss etdirir. O, mənə yenidən futboldan zövq almağı öyrətdi və inanılmaz sevgi bəxş etdi”, – deyə futbolçu bildirib.
Qeyd edək ki, İsko 2023-cü ildə azad agent kimi “Betis”ə keçib. Onun müqaviləsi 2028-ci il iyunun 30-dək nəzərdə tutulub.
2025/26 mövsümündə yarımmüdafiəçi klubun heyətində 9 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.