14 iyul 2026. Çərşənbə axşamı

“Barselona” Bernalla bağlı qərarını verdi


 “Barselona” Bernalla bağlı qərarını verdi

“Barselona”nın yarımmüdafiəçisi Mark Bernalın gələcəyi ilə bağlı məlumat yayılıb.

90deqiqe.Az-ın “Diario SPORT"a istinadən məlumatına görə, Kataloniya təmsilçisinin baş məşqçi Hans-Diter Flik sıx yarımmüdafiə xəttinə və Qavi, Pedri və Frenki de Yonq kimi futbolçuların olmasına baxmayaraq, Bernala böyük etimad göstərir. La Liqa çempionu bu səbəbdən 19 yaşlı futbolçu üçün gələn təklifləri qəbul etməyəcək.

Qeyd olunur ki, Bernal İspaniya çempionatının son üç oyununda əsas heyətdə meydana çıxıb.

Geridə qalan mövsümdə yarımmüdafiəçi ümumilikdə 33 oyuna çıxaraq 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Futbolçunun “Barselona” ilə mövcud müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.

“Transfermarkt” portalının məlumatına əsasən, Bernalın bazar dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.







İspaniya L.L.

Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı
Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir