- İspaniya L.L.
- 22:12 01.06.2026
İspaniyanın “Vilyarreal” klubu yeni baş məşqçisini rəsmən elan edib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, son üç mövsümdə “Rayo Valyekano”nu çalışdıran İniqo Pereslə müqavilə imzalanıb.
Məlumata əsasən, 38 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanıb. Sabah onun təqdimat mərasiminin keçiriləcəyi qeyd olunub.
İniqo Peres ötən mövsüm “Rayo Valyekano” ilə Konfrans Liqasında finala qədər irəliləyib, lakin həlledici oyunda “Kristal Pelas”a məğlub olub.
Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə “Rayo Valyekano”da başlayan Peres, Andoni İraolanın köməkçi heyətində də çalışıb.
O, 2023-cü ildə komandadan ayrılıb, daha sonra 2024-cü ildə baş məşqçi kimi kluba qayıdıb və komandanın başında 113 matça çıxıb. Bu görüşlərdə 44 qələbə, 33 heç-heçə və 36 məğlubiyyət qeydə alınıb.