23 oktyabr 2024. Çərşənbə

Real onları itirdi


Real onları itirdi
İspaniya La Liqasının 8-ci turu çərçivəsində “Qranada”nı 4:2 hesabı ilə məğlub edən “Real”ın heyətində növbəti itki baş verib.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Madrid klubu”nun yarımmüdafiəçisi Toni Kroos sıradan çıxıb. 
 
Oyunun 34-cü dəqiqəsində zədələnən futbolçu, qarşılaşmanı davam etdirə bilməyib və Luka Modriçlə əvəzlənib. Almaniyalı futbolçunun qarın nahiyəsindən zədələndiyi və nə qədər müddətə sıradan çıxdığının yaxın günlərdə dəqiqləşəcəyi bildirilir.
 
Bu oyun ərəfəsində isə Madrid təmsilçisinin digər futbolçusu Marselo sıradan çıxmışdı. Klubun rəsmi saytının yaydığı məlumata görə, braziliyalı müdafiəçi bir müddət məcburi istirahət etməli olacaq. Marselonun bərpa müddəti açıqlanmasa da, İspaniya mətbuatının xəbərinə görə, o, ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.
 
Qeyd edək ki, “Real”ın heyətində Ferlan Mendi, Naço, Tibo Kurtua və Marko Asensio da zədədən əziyyət çəkir.(matc)






İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı