- İspaniya L.L.
- 22:03 03.06.2026
"Real" klubunun hücumçusu Endrik kumiri ilə bağlı suala cavab verib.
90deqiqe.Az xəbər verir ki, gənc futbolçu özünün ən böyük futbol idealının Kriştianu Ronaldu olduğunu bildirib.
"Kumirim? Kriştianu Ronaldudur. O, hər zaman mənim kumirim olub. Ümid edirəm ki, karyerasını hələ başa vurmayacaq və oynamağa davam edəcək. Mən də onun bütün oyunlarını izləyərək ondan öyrənməyə davam edə bilim", - deyə Endrik vurğulayıb.
Qeyd edək ki, braziliyalı hücumçu 2024-cü ildə "Palmeyras"dan Madrid təmsilçisinə 47 milyon avro qarşılığında transfer olunub. Onun "Real"la müqaviləsinin müddəti 2030-cu il iyunun 30-dək nəzərdə tutulub.
Endrik 2025/2026 mövsümünün ikinci yarısını icarə əsasında Fransanın "Lion" klubunda keçirib. O, bütün turnirlərdə meydana çıxdığı 21 oyunda səkkiz qol vurub, səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun transfer dəyəri hazırda 40 milyon avro qiymətləndirilir.