19 iyul 2026. Bazar günü

“Barselona”nın baş məşqçisi ən yaxşı seçildi


“Barselona”nın baş məşqçisi ən yaxşı seçildi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 2025/2026 mövsümünün ən yaxşı məşqçisi seçilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti sosial şəbəkə hesabında məlumat yayıb.

Flik bu mükafatı ardıcıl ikinci dəfə qazanıb. O, səsvermədə “Xetafe”nin baş məşqçisi Xose Bordalas və “Vilyarreal”ın çalışdırıcısı Marselino Toralını geridə qoyub.

Onun rəhbərliyi altında “Barselona” İspaniya çempionluğunu ikinci mövsüm dalbadal əldə edib. Kataloniya təmsilçisi 38 turdan sonra 94 xal toplayıb.

Komanda geridə qalan mövsümdə cəmi 6 məğlubiyyət alıb və 95 qol vuraraq turnirin ən məhsuldar klubu olub.

Qeyd edək ki, Hans-Diter Flik 2024-cü ilin mayından “Barselona”nı çalışdırır. Mütəxəssisin klubla müqaviləsi 2028-ci ilin iyununa qədər nəzərdə tutulub və daha bir il uzadılma imkanı var.







İspaniya L.L.

Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı