- İspaniya L.L.
- 22:03 03.06.2026
“Real” klubunun prezidenti Florentino Peres komandanın növbəti mövsüm üçün ilk böyük transferini açıqlayacağını bildirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə o,"AS" nəşrinə açıqlamasında deyib.
“Bu cümə axşamı “Real”ın növbəti mövsüm üçün ilk səs-küylü transferini elan edəcəyəm. Mənim idman layihəmin nədən ibarət olduğunu hamı bilir – heyətdə ən yaxşı futbolçuları toplamaq və qələbələr qazanmağa davam etmək”, - deyə Peres vurğulayıb.
Ötən mövsüm Madrid təmsilçisi İspaniya çempionatını 86 xalla ikinci pillədə başa vurub.
Qeyd edək ki, “Real” prezident seçkilərinin tarixini də açıqlayıb. Seçkilər 7 iyun, bazar günü keçiriləcək. Yarışda hazırkı prezident Florentino Peres və ispan iş adamı Enrike Rikelme iştirak edəcək.