5 iyun 2026. Cümə

Lamin Yamal La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi


Lamin Yamal La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi

"Barselona"nın gənc ulduzu Lamin Yamal İspaniya La Liqasında 2025/2026 mövsümünün ən yaxşı futbolçusu adına layiq görülüb.

90deqiqe.Az xəbər verir ki, bu barədə çempionatın rəsmi saytı məlumat yayıb.

17 yaşlı vinger geridə qalan mövsümdə Kataloniya təmsilçisinin heyətində La Liqada 28 oyuna çıxaraq 16 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun uğurlu çıxışı "Barselona"nın çempionluğunda əsas amillərdən biri olub.

Lamin Yamalın klubla müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Futbolçunun sərbəstqalma məbləği 1 milyard avro təşkil edir. "Transfermarkt" portalının məlumatına görə, ispaniyalı futbolçunun bazar dəyəri 200 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, 2025/2026 mövsümündə La Liqanın qalibi vaxtından əvvəl "Barselona" olub. Kataloniya klubu 38 turda topladığı 94 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. 86 xalla Madrid "Real"ı ikinci, 72 xalla "Vilyarreal" isə üçüncü yeri tutub.







İspaniya L.L.

Gənc ulduz kumirini açıqladı
  • İspaniya L.L.
  • 21:59 03.06.2026
Gənc ulduz kumirini açıqladı
“Oğlum futbol oynamaq istəmir”
  • İspaniya L.L.
  • 18:11 30.05.2026
“Oğlum futbol oynamaq istəmir”
“Barselona" uşaqlıq arzum idi”
  • İspaniya L.L.
  • 23:57 29.05.2026
“Barselona" uşaqlıq arzum idi”