18 avqust 2026. Çərşənbə axşamı

"Real Madrid" Rodri transferindən imtina etdi


"Real Madrid" Rodri transferindən imtina etdi

"Real Madrid" rəhbərliyi "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrinin transferində maraqlı deyil.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto "Marca" nəşrinə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, "Real Madrid" və "Mançester Siti" arasında futbolçu ilə bağlı birbaşa təmas olsa da, Madrid klubunun prezidenti Florentino Peres ispaniyalı yarımmüdafiəçinin transferini reallaşdırmaq niyyətində deyil.

"Bildirilir ki, "Siti" rəhbərliyi də "Real"ın Rodrini transfer etməyi planlaşdırmadığından xəbərdardır. Hazırda bu istiqamətdə hər hansı irəliləyiş müşahidə olunmur", - deyə Moretto bildirib.

Qeyd edək ki, Rodri ötən mövsüm bütün turnirlərdə 33 oyunda meydana çıxaraq iki qola imza atıb. 28 yaşlı futbolçunun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

"Transfermarkt" portalının məlumatına görə, yarımmüdafiəçinin hazırkı bazar dəyəri 50 milyon avro təşkil edir.







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib