6 iyun 2026. Şənbə

“Məni gecələr oyaq saxlayan hücumçu Messi idi”


“Məni gecələr oyaq saxlayan hücumçu Messi idi”

İspaniya millisinin və “Real Madrid”in sabiq qapıçısı İker Kasilyas dünya futbolunun iki nəhəngi – "İnter Mayami"də çıxış edən hücumçu Lionel Messi və "Əl Nəsr"in hücumçusu Kriştiano Ronaldo ilə bağlı maraqlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, keçmiş qolkiperin sözlərini “The Touchline” nəşri yayıb.

Kasilyas “onu gecələr rahat yatmağa qoymayan hücumçu kim olub?” sualına cavab olaraq Lionel Messinin adını çəkib.

“Məni gecələr yuxusuz qoyan hücumçu? Messi”, - deyə sabiq qapıçı bildirib.

İspaniyalı əfsanə həmçinin Messi və Ronaldo arasında seçim edərək, hansı futbolçunun qarşısında daha çətin oynadığını da açıqlayıb.

“Ronaldo ilə klub səviyyəsində qarşılaşmamışam, yalnız Portuqaliya millisində oynayarkən üz-üzə gəlmişəm. Amma məncə, Messi daha çətin rəqib idi”, - deyə Kasilyas vurğulayıb.

Qeyd edək ki, Lionel Messi və Kriştiano Ronaldo hazırda dünya çempionatına hazırlıqlarını davam etdirirlər.







İspaniya L.L.

Gənc ulduz kumirini açıqladı
  • İspaniya L.L.
  • 21:59 03.06.2026
Gənc ulduz kumirini açıqladı