- İspaniya L.L.
- 23:19 05.06.2026
İtaliya millisinin sabiq müdafiəçisi, hazırda “Avellino”nun baş məşqçisi Alessandro Nesta “Barselona”nın gənc ulduzu Lamin Yamal barədə yüksək fikirlər səsləndirib.
90deqiqe.Az xəbər verir ki, “New York Post” nəşri İtaliya futbol əfsanəsinin dediklərini belə çatdırıb.
Nesta bildirib ki, 18 yaşlı futbolçu hazırda dünya futbolunda xüsusi yer tutur və onu Lionel Messidən sonra ən güclü oyunçu hesab edir.
“Messidən sonra Lamin Yamal dünyanın ən yaxşı futbolçusudur. O, növbəti Messidir”, - deyə Nesta vurğulayıb.
Sabiq müdafiəçi əlavə edib ki, Yamal hər matçda oyunun taleyinə birbaşa təsir edir və onun fərqi dərhal hiss olunur.
“Bu, hər matçda fərq yaradan futbolçudur. Top onun ayağına düşən kimi dərhal digər oyunçulardan fərqləndiyi hiss olunur”, - deyə italiyalı mütəxəssis qeyd edib.
Qeyd edək ki, ötən mövsüm 18 yaşlı Yamal klub səviyyəsində 45 oyunda 24 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Barselona”nın İspaniya çempionluğunda əsas rollardan birini oynayıb.