- İspaniya L.L.
- 16:35 06.06.2026
"Real" klubunun və Fransa millisinin hücumçusu, 2018-ci il dünya çempionu Kilian Mbappe karyerasında ən çox təsirləndiyi futbolçunun kim olduğunu açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, o, bu barədə "Sorare" YouTube kanalına müsahibəsində danışıb.
Fransalı ulduzun sözlərinə görə, peşəkar futbolun ilk illərində ona ən böyük dəstəyi kolumbiyalı hücumçu Radamel Falkao göstərib:
"Düşünürəm ki, bu, Falkaodur. O, hər zaman mənə dəstək olub, meydanda mənim üçün boşluqlar yaradıb. Komandamızın kapitanı idi və ən böyük nailiyyətlərə sahib futbolçu sayılırdı. Gənc hücumçu üçün belə bir oyunçunun yanında çıxış etmək böyük üstünlükdür. O, bildiklərini paylaşmağa həvəsli idi, mən isə öyrənməyə açıq idim", – deyə Mbappe bildirib.
Qeyd edək ki, Radamel Falkao və Kilian Mbappe 2016-cı ildə Fransanın "Monako" klubunda birlikdə çıxış ediblər. Həmin dövrdə Mbappenin peşəkar futbolçu kimi formalaşmasında təcrübəli forvardın mühüm rol oynadığı vurğulanır.