6 iyun 2026. Şənbə

Olmo “Barselona”dan ayrılacağı iddialarına cavab verdi


Olmo “Barselona”dan ayrılacağı iddialarına cavab verdi

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo yay transfer pəncərəsində klubdan mümkün gedişi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, 28 yaşlı futbolçu azarkeşləri sakit olmağa çağırıb.

"Ayrılmaqla bağlı şayiələr? Xeyr, “Barselona” azarkeşləri sakit ola bilərlər. Bu mövzuda əlavə deyəcək heç nəyim yoxdur"

Qeyd edək ki, “Barselona” öz yetirməsi olan futbolçunu 2024-cü ildə Almaniyanın “RB Leyptsiq” klubundan 61 milyon avro qarşılığında transfer edib.

İspaniyalı ötən mövsüm bütün turnirlərdə 49 oyuna çıxaraq 8 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına əsasən, onun bazar dəyəri 60 milyon avro olaraq qiymətləndirilir.







İspaniya L.L.

"Ən çox ondan öyrənmişəm"
  • İspaniya L.L.
  • 14:24 06.06.2026
"Ən çox ondan öyrənmişəm"