6 iyun 2026. Şənbə

“Ən güclü vaxtımda onu asanlıqla məğlub edərdim”


“Ən güclü vaxtımda onu asanlıqla məğlub edərdim”

“Mançester Yunayted” və Fransa millisinin sabiq sol cinah müdafiəçisi Patris Evra “Barselona”nın gənc ulduzu Lamin Yamal barədə qalmaqallı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, fransalı keçmiş futbolçu özünün ən yaxşı formasında ispan vingerlə qarşılaşacağı halda üstünlük qazanacağını iddia edib.

"Öz pik formamda Yamalı “yeyərdim”. Bağışla, Lamin. Səni sevirəm… Amma Kriştianu Ronalduya, Messiyə və digər oyunçulara qarşı necə oynadığımı soruşun — mən heç vaxt “yaxşı oğlan” olmamışam", - deyə Evra ESPN UK-nin “X” sosial şəbəkəsində yayımlanan açıqlamasında bildirib.

Qeyd edək ki, Lamin Yamal “Barselona”nın yetirməsidir. 18 yaşlı futbolçu ötən mövsüm katalon klubunda 45 oyuna çıxaraq 24 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.







İspaniya L.L.

"Ən çox ondan öyrənmişəm"
  • İspaniya L.L.
  • 14:24 06.06.2026
"Ən çox ondan öyrənmişəm"