- İspaniya L.L.
- 20:19 06.06.2026
Madrid “Real”ının sabiq futbolçusu Xorxe Valdano gənc hücumçu Franko Mastantuononun ötən mövsümdəki çıxışını dəyərləndirib.
90deqiqe.Az xəbər verir ki, argentinalı futbol funksioneri 18 yaşlı futbolçuya həddindən artıq gözləntilərin mənfi təsir göstərdiyini bildirib.
"O, bəzi matçlarda yaxşı çıxış etdi, lakin əksər hallarda fasilədə əvəzlənirdi. Bəzən gənc oyunçularla bağlı tələsirik və Mastantuono da bunun qurbanına çevrildi. 18 yaşında cəmi 10 dəfə start heyətində meydana çıxmaq itirilmiş mövsüm deməkdir", - deyə Valdano vurğulayıb.
Qeyd edək ki, Franko Mastantuono ötən mövsüm “Real”ın heyətində bütün turnirlərdə 35 oyuna çıxıb. Gənc vinger bu qarşılaşmalarda 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun Madrid təmsilçisi ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.