23 iyul 2026. Cümə axşamı

Yamal dünya çempionu olsa, görünüşünü dəyişəcək


Yamal dünya çempionu olsa, görünüşünü dəyişəcək

İspaniya millisinin və "Barselona"nın ulduzu Lamin Yamal dünya çempionu olacağı təqdirdə maraqlı vəd verib.

90deqiqe.Az xəbər verir ki, gənc futbolçu bu barədə "The Touchline"a açıqlamasında danışıb.

"Əgər dünya çempionu olsaq, qalın saqqal və bığ saxlayacağam. Bir il yox... üç həftə", - deyə Yamal zarafatla bildirib.

Xatırladaq ki, İspaniya millisi 2024-cü ildə Avropa çempionu olub. Həmin turnir zamanı Lamin Yamal 17 yaşını qeyd etmişdi və komandanın uğurunda mühüm rol oynamışdı.

İspanlar hazırda tarixlərində ikinci dəfə dünya çempionu olmaq məqsədi daşıyırlar. "Qırmızı furiya" indiyədək yeganə dünya çempionluğunu 2010-cu ildə qazanıb.

Maraqlıdır ki, həmin uğurdan sonra İspaniya millisi dünya çempionatlarının heç birində 1/8 final mərhələsindən irəli gedə bilməyib.







İspaniya L.L.

Serxio Buskets "Barselona"ya qayıda bilər
  • İspaniya L.L.
  • 22:38 22.07.2026
Serxio Buskets "Barselona"ya qayıda bilər
Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı