- İspaniya L.L.
- 23:00 07.06.2026
"Barselona"nın hücumçusu Lamin Yamal matçlar zamanı əlində sarğı ilə meydana çıxmasının səbəbini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, gənc futbolçu bu barədə "Madrid Extra"ya danışıb.
"Bir dəfə PlayStation oynayarkən əsəbiləşib televizora vurmuşdum. Nəticədə barmaqlarım şişdi. Sonra gördüm ki, sarğı mənə çox yaraşır, elə bil Kərim Benzemayam", - deyə Yamal zarafatla bildirib.
Qeyd edək ki, Lamin Yamal "Barselona" akademiyasının yetirməsidir. Onun Kataloniya klubu ilə müqaviləsi 2031-ci il iyunun 30-dək qüvvədədir.
18 yaşlı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 45 oyunda meydana çıxıb, 24 qol vurub və 18 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı Yamalın transfer dəyərini 200 milyon avro qiymətləndirir.