8 iyun 2026. Bazar ertəsi

Yamal “ən az dəyərləndirilən futbolçuları” açıqladı


Yamal “ən az dəyərləndirilən futbolçuları” açıqladı

“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal futbol dünyasında kifayət qədər qiymət verilməyən oyunçuların adlarını çəkib.

90deqiqe.Az xəbər verir ki, gənc futbolçu bu barədə “The Touchline” nəşrinə açıqlamasında danışıb.

“Kimlər daha az dəyərləndirilir? Jerar Martin, Tomas Müller, Fabian Ruis (“PSJ”)”, - deyə Yamal bildirib.

O, həmçinin “Çelsi”nin futbolçusu Koul Palmer barədə fikrini də bölüşüb və onun “underrated” sayılmasına razı olmadığını vurğulayıb:

“O, heç də az dəyərləndirilən deyil. “Çelsi”də 10 nömrəli formanı geyinir və “Qızıl top” səsverməsində 9-cu olub. Onu necə belə adlandırmaq olar?”, - deyə futbolçu əlavə edib.

Qeyd edək ki, Lamin Yamal hazırda zədədən bərpa prosesinin son mərhələsindədir.

18 yaşlı futbolçunun 15 iyunda keçiriləcək Kaboverde ilə matçda İspaniya millisinin heyətində meydana çıxacağı gözlənilir.







İspaniya L.L.

"Ən çox ondan öyrənmişəm"
  • İspaniya L.L.
  • 14:24 06.06.2026
"Ən çox ondan öyrənmişəm"