- İspaniya L.L.
- 00:31 08.06.2026
Madrid "Real"ının hazırkı prezidenti Florentino Peres klub rəhbəri vəzifəsinə növbəti dəfə seçilib.
90deqiqe.Az xəbər verir ki, keçirilən seçkilərdə Peres səslərin 64,1 faizini toplayaraq əsas rəqibi Enrike Rikelmeni qabaqlayıb.
Bununla da təcrübəli funksioner ardıcıl səkkizinci dəfə "kral klubu"nun prezidenti olub və 2030-cu ilə qədər vəzifəsini davam etdirəcək. Həmin vaxt Peresin 83 yaşı olacaq.
Məlumata görə, onun seçkiöncəsi vədləri arasında Joze Mourinyonun baş məşqçi postuna qaytarılması, İbraima Konate və Denzel Dumfrisin transfer edilməsi, eləcə də Maykl Olisenin 150 milyon avro qarşılığında heyətə cəlb olunmasına cəhd göstərilməsi yer alıb.
Qeyd edək ki, Florentino Peres 1 iyun 2009-cu ildən "Real"a rəhbərlik edir. Onun dövründə Madrid təmsilçisi ümumilikdə 37 titul qazanıb. Bu uğurların yeddisi UEFA Çempionlar Liqasının qalibliyi olub.