- İspaniya L.L.
- 00:31 08.06.2026
Madrid "Real"ının keçmiş prezidenti Ramon Kalderon klub rəhbərliyi uğrunda keçirilən seçkilər və Florentino Peresin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, Kalderon "kral klubu"nda uğurun əsas meyar olduğunu vurğulayaraq, hətta prezident seçkilərində qalib gəlməyin belə uzunmüddətli təminat vermədiyini bildirib.
"Real"da qələbə qazanmaq öhdəlikdir. Prezident qeyri-müəyyən müddətə seçilsə belə, komanda nəticə vermədikdə vəzifədə qalmaq mümkün deyil. Azarkeşlər tribunadan istefa tələb etməyə başlayanda hər şey bitmiş sayılır. Artıq iki il keçib və Florentino Peres seçkilərdə qalib gəlsə belə, titullar olmadan uzun müddət postunda qalması çox çətin olacaq", - deyə Kalderon qeyd edib.
Qeyd edək ki, Florentino Peres 2009-cu ildən Madrid klubunun prezidentidir. Onun rəhbərliyi dövründə "Real" həm ölkə daxilində, həm də Avropada çoxsaylı uğurlara imza atıb.