10 iyun 2026. Çərşənbə

“Real” “Fly Emirates” ilə rekord müqavilə imzaladı


“Real” “Fly Emirates” ilə rekord müqavilə imzaladı

“Real” klubu “Fly Emirates” aviaşirkəti ilə əməkdaşlığın uzadılması barədə razılığa gəlib.

90deqiqe.Az-ın məlumata görə, bu barədə “Marca” nəşri məlumat yayıb.

Yeni müqavilə klubun yaxın illərdə əhəmiyyətli maliyyə gəliri əldə etməsini təmin edəcək. Razılaşmanın müddəti 2031-ci ilə qədər nəzərdə tutulub.

Beləliklə, tərəflər arasında əməkdaşlığın ümumi müddəti 20 ili keçəcək.

Klubdan verilən açıqlamada qeyd olunub ki, tərəfdaşlıq “üstünlük, ambisiya və gələcəyə dair ortaq baxış” prinsiplərinə əsaslanır.

Bildirilir ki, yeni müqaviləyə əsasən “Real” hər mövsüm təxminən 74 milyon avro gəlir əldə edəcək. Bu isə futbol dünyasında forma sponsorluğu üzrə ən yüksək məbləğli razılaşma hesab olunur.

Digər mənbələr isə gəlirin hər mövsüm 70–80 milyon avro arasında dəyişə biləcəyini iddia edir.







İspaniya L.L.

Peres yenidən "Real"a prezident seçildi
  • İspaniya L.L.
  • 00:28 08.06.2026
Peres yenidən "Real"a prezident seçildi