12 iyun 2026. Cümə

Mourinyo Alvaresin transferinə qarşı çıxıb


Mourinyo Alvaresin transferinə qarşı çıxıb

“Real”ın gələcək baş məşqçisi Joze Mourinyo “Atletiko”nun hücumçusu Xulian Alvaresin transferi cəhdini dəstəkləməyib.

90deqiqe.Az-ın “Mundo Deportivo"ya istinadən məlumatına görə,  portuqaliyalı mütəxəssisin Madrid klubuna qayıdışı rəsmən açıqlanmadan əvvəl Mourinyo ilə rəhbərlik arasında ilk fikir ayrılığı yaranıb.

Söhbət “Real”ın Alvares üçün etdiyi 150 milyon avroluq təklifdən gedir. Lakin “Atletiko” bu təklifi qəbul etməyib.

Bildirilir ki, klub daxilində hadisələrin gedişi ilə bağlı vahid mövqe yoxdur. “Real” nümayəndələrinin iddiasına görə, Mourinyo argentinalı hücumçu üçün təklif irəli sürüləcəyi barədə məlumatlandırılıb, lakin bu təşəbbüsü dəstəkləməyib. Buna baxmayaraq, rəhbərlik “Atletiko”ya rəsmi təklif göndərmək qərarına gəlib.

Mourinyoya yaxın mənbələr isə baş məşqçinin danışıqlardan ümumiyyətlə xəbərsiz olduğunu bildirirlər. Onların sözlərinə görə, portuqaliyalı mütəxəssis vəziyyətdən yalnız “Real”ın “Atletiko”nun 150 milyon avroluq təklifi rədd etdiyini açıqlayan rəsmi bəyanatından sonra məlumatlı olub.

Tərəflərin razılaşdığı yeganə məqam Alvaresin Mourinyonun heyətə cəlb olunmasında israr etdiyi futbolçu olmamasıdır.

Nəşrin məlumatına əsasən, portuqaliyalı mütəxəssis “Atletiko”nun hücumçusunu “Real”ın heyətinin gücləndirilməsi baxımından prioritet transfer hədəfi hesab etmir.







İspaniya L.L.

Peres yenidən "Real"a prezident seçildi
  • İspaniya L.L.
  • 00:28 08.06.2026
Peres yenidən "Real"a prezident seçildi