12 iyun 2026. Cümə

Xavi “Barselona” əfsanələri siyahısından çıxarılıb


Xavi “Barselona” əfsanələri siyahısından çıxarılıb

Keçən həftə “Barselona” əfsanələrdən ibarət matçda “Liverpul”u 8:3 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın “AS"a istinadən məlumatına görə, “mavi-qranatlılar”ın keçmiş kapitanı Xavi həmin oyunda iştirak etməyib.

Xavi “Barselona” əfsanələr komandasından kənarlaşdırılıb və artıq iki belə oyunu buraxıb. Buna səbəb onun klub prezidenti Joan Laportaya münasibəti göstərilir.

Məlumdur ki, prezident seçkiləri zamanı Xavi açıq şəkildə Viktor Fontu dəstəkləyib. Əfsanələr komandasına oyunçuların seçimi isə Joan Laportanın yaxın adamı olan Alehandro Eçevarria tərəfindən həyata keçirilir. Eçevarria Xavinin müsahibələrində tənqid etdiyi şəxslərdən biri olub.







İspaniya L.L.

Peres yenidən "Real"a prezident seçildi
  • İspaniya L.L.
  • 00:28 08.06.2026
Peres yenidən "Real"a prezident seçildi