12 iyun 2026. Cümə

"Adidas" “Real Madrid”ə hər il 120 milyon avro ödəyəcək


 "Adidas" “Real Madrid”ə hər il 120 milyon avro ödəyəcək

“Real Madrid” və Almaniyanın idman geyimi istehsalçısı "Adidas" əməkdaşlıqlarını 2034-cü ilə qədər uzadan yeni müqavilə imzalayıblar.

 90deqiqe.Az xəbər verir ki, bununla da idman tarixinin ən uzunömürlü tərəfdaşlıqlarından biri yeni mərhələyə qədəm qoyub. Xatırladaq ki, tərəflər arasında əməkdaşlıq hələ 1980-ci ildə başlayıb.

Yeni razılaşma əsasında "Adidas" hər il “Real Madrid”ə 120 milyon avro ödəyəcək.

Bununla yanaşı, Madrid təmsilçisi hazırda uğursuz dövr yaşayır. Klub son iki mövsümdə heç bir titul qazana bilməyib. Bu isə zəngin ənənələrə və böyük uğurlara malik “Real Madrid” üçün alışılmış hal deyil.







İspaniya L.L.

Peres yenidən "Real"a prezident seçildi
  • İspaniya L.L.
  • 00:28 08.06.2026
Peres yenidən "Real"a prezident seçildi