- İspaniya L.L.
- 23:12 11.06.2026
“Real Ovyedo” komandasının baş məşqçi vəzifəsinə Xulian Kalero təyin olunub.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 55 yaşlı mütəxəssis klubla 2027-ci ilin iyun ayınadək nəzərdə tutulan müqavilə imzalayıb. Kalero iyulun 6-da başlayacaq mövsümöncəsi hazırlıq mərhələsi ilə birlikdə komandanın işinə start verəcək.
Bu, məşqçinin “Real Ovyedo” ilə ilk əməkdaşlığı deyil. O, 2016/17 mövsümündə Fernando Yerronun rəhbərlik etdiyi məşqçilər heyətində yer alıb və baş məşqçinin köməkçisi kimi çalışıb.
Kalero son olaraq “Levante” klubunda fəaliyyət göstərib. Onun rəhbərliyi altında komanda 2024/25 mövsümünün yekununda İspaniyanın yüksək liqasına vəsiqə qazanıb.
Xatırladaq ki, “Real Ovyedo” ötən mövsüm İspaniya çempionatında 29 xal toplayaraq turnir cədvəlində 20-ci pillədə qərarlaşıb və aşağı liqaya yuvarlanıb.