12 iyun 2026. Cümə

Maykl Ouen Mourinyonun “Real Madrid”a təyinatını dəyərləndirdi


Maykl Ouen Mourinyonun “Real Madrid”a təyinatını dəyərləndirdi

Keçmiş futbolçu Maykl Ouen “Real Madrid”in baş məşqçi postuna Joze Mourinyonun gətirilməsi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Goal" sabiq futbolçunun dediklərini belə çatdırıb.

 “Bu təyinat mənim üçün kifayət qədər gözlənilməz oldu. O, son çalışdırdığı klublarda elə də diqqətçəkən nəticələr əldə etməyib. Açığı, bu qərarla bağlı xüsusi həyəcan hiss etmirəm. Hadisələrin necə inkişaf edəcəyini gözləyib görəcəyik”, – deyə Ouen bildirib.

Qeyd edək ki, Mourinyo son beş il ərzində “Benfika”, “Fənərbağça” və “Roma” klublarına rəhbərlik edib. Onun rəhbərliyi altında “Benfika” ötən mövsüm Portuqaliya çempionatını üçüncü pillədə başa vurub.







İspaniya L.L.

Peres yenidən "Real"a prezident seçildi
  • İspaniya L.L.
  • 00:28 08.06.2026
Peres yenidən "Real"a prezident seçildi