- İspaniya L.L.
- 22:30 02.08.2026
“Atletiko Madrid”in sabiq futbolçusu Radamel Falkao argentinalı hücumçu Xulian Alvaresə klubdan ayrılmamağı tövsiyə edib.
90deqiqe.Az xəbər verir ki, kolumbiyalı keçmiş futbolçu hesab edir ki, məhz “Atletiko” Dieqo Simeonenin rəhbərliyi altında çıxış edən Alvares üçün ən uyğun məkandır.
“Bunun səbəbini izah edə bilmirəm, amma “Atletiko”nun azarkeşləri xüsusi publika təşkil edir. Məni də dərhal özlərinə cəlb etmişdilər. Düşünürəm ki, Xulian “Atletiko”dan daha yaxşı klub tapa bilməz”, - deyə Falkao "ESPN"ə açıqlamasında bildirib.
Qeyd edək ki, Radamel Falkao 2011–2013-cü illərdə “Atletiko”nun formasını geyinib. Hazırda isə o, karyerasını vətənində davam etdirir.