- İspaniya L.L.
- 22:17 14.06.2026
“Real”ın və İspaniya millisinin sabiq futbolçusu Miçel Salqado “Barselona”nın gənc ulduzu Lamin Yamal haqqında fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, keçmiş müdafiəçi Yamal ilə dünya futbolunun əfsanələrindən biri Lionel Messi arasında oxşarlıqlar gördüyünü bildirib.
“Bu dünya çempionatında Laminin necə çıxış edəcəyini görmək və öyrənmək istəyirik. Bu, həqiqətən də inanılmaz olacaq. Messi başqa qalaktikadan olan futbolçudur, amma həqiqət budur ki, onların arasında müəyyən bənzərliklər var.
Lamin izləməkdən zövq alınan futbolçulardandır. Onun kimi driblinq bacarığına malik oyunçular çox deyil. Hətta deyərdim ki, bu yalnız təkbətək epizodlarda deyil, iki və ya üç rəqibə qarşı mübarizədə də özünü göstərir. Məhz bu xüsusiyyət Messidə də var idi”
İspaniya millisi dünya çempionatındakı ilk oyununu iyunun 15-də Kabo-Verde yığmasına qarşı keçirəcək.