- İspaniya L.L.
- 22:17 14.06.2026
Baş məşqçi Xulen Lopetegi karyerasında ən ağır məqamlardan biri olan 2018-ci ildə “Real”dan ayrılmasını xatırlayıb.
90deqiqe.Az xəbər verir ki, 59 yaşlı çalışdırıcı Madrid klubundakı başlanğıc dövrünün çətin keçdiyini bildirib.
“Bir çox futbolçu dünya çempionatından gec qayıtmışdı. Üstəlik, bu, Kriştianu Ronaldunun komandadan ayrıldığı il idi. Buna baxmayaraq, biz yaxşı başlamışdıq. Paltardəyişmə otağının etimadı mənə güc verirdi və biz düzgün istiqamətdə komanda qururduq”
Lakin ardıcıl uğursuz nəticələr vəziyyəti dəyişib: “Sonra iki həftə ərzində hər şey səhv getdi. Futbol belədir. Moskvada avtoqol, İskoda apandisit… Biz “Barselona”dan 7 xal geri düşdük və bundan sonra komandadan ayrıldım”.
Lopetegi qeyd edib ki, onun gedişindən sonra nəticələr daha da pisləşib və bu, daha dərin problemlərin olduğunu göstərib: “Daha sonra dünya çempionatının təsiri hiss olunmağa başladı. Məsələn, Modriç yorğun qayıtmışdı. Komanda geridə qaldı və mövsüm daha pis başa çatdı – daha böyük xal fərqi və Çempionlar Liqasında “Ayaks”a məğlubiyyətlə”.
Hazırda Xulen Lopetegi Qətər millisinin baş məşqçisidir.