30 iyul 2026. Cümə axşamı

“Mourinyo “Real”a şöhrətini qaytara bilər”


“Mourinyo “Real”a şöhrətini qaytara bilər”

“Real”ın və Portuqaliya millisinin sabiq müdafiəçisi Pepe komandanın baş məşqçisi Joze Mourinyo ilə mümkün əməkdaşlığı barədə yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "AS" nəşri sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Bunlar sadəcə şayiələrdir. Mourinyo ilə heç bir danışığım olmayıb, amma gələcəyin necə olacağını heç vaxt dəqiq demək olmaz. Əsas olan bu komandada birlik və həmrəylikdir, çox şey bundan asılıdır. Bu, klub, azarkeşlər və futbolçular arasındakı əlaqəni gücləndirər. Mourinyo simvolik bir şəxsiyyətdir, o, “Real”a əvvəlki şöhrətini qaytara bilər”

Pepe 2007–2017-ci illərdə “Real”ın heyətində çıxış edib və 14 kubok qazanıb. Onların arasında 3 İspaniya çempionluğu və 3 Çempionlar Liqası titulu da var.

“Real”dan ayrıldıqdan sonra o, Türkiyənin “Beşiktaş” klubunda çıxış edib, 2019-cu ilin yanvarında isə “Porto”ya qayıdıb.







İspaniya L.L.

"Rayo Valyekano" stadionsuz qala bilər
  • İspaniya L.L.
  • 23:34 28.07.2026
"Rayo Valyekano" stadionsuz qala bilər
“Real Madrid” rekord gəlir açıqladı
  • İspaniya L.L.
  • 22:08 28.07.2026
“Real Madrid” rekord gəlir açıqladı